Xəzər Xəbər

Müdafiə Nazirliyi: PUA-nın vurulması xəbəri dezinformasiyadır

Gündəm | 15:17 • 25 Sentyabr 2019
Müdafiə Nazirliyi: PUA-nın vurulması xəbəri dezinformasiyadır

Müdafiə Nazirliyi (MN) Azərbaycana məxsus PUA-nın vurulması barədə düşmən tərəfinin yaydığı məlumatlara münasibət bildirib.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb: "Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.


Qeyd edək ki, bu gün Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı məlumatlar yayılıb.

Xəbər lenti