Xəzər Xəbər

Bələdiyyələrlə bağlı üç yeni qanun qəbul olunacaq

Gündəm | 16:28 • 24 Sentyabr 2019
Bələdiyyələrlə bağlı üç yeni qanun qəbul olunacaq

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.


İclasda komitənin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.


Həmçinin qeyd edilib ki, qarşıdakı sessiya müddətində komitədə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə yeni qanun layihələrinin hazırlanması, digər sənədlərin müzakirəsi planlaşdırılır.

Xəbər lenti