Xəzər Xəbər

Bakıda NATO ekspertlərinin iştirakı ilə treninq keçirilir

Gündəm | 15:59 • 24 Sentyabr 2019
Bakıda NATO ekspertlərinin iştirakı ilə treninq keçirilir

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir.

Treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir.

Sentyabrın 27-dək davam edəcək treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti