Xəzər Xəbər

Baş nazirdən qərar – Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirildi

Gündəm | 13:36 • 24 Sentyabr 2019
Baş nazirdən qərar

Nazirlər Kabinetinin "Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında" 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarla Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib.

Bildirilib ki, Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu aşağıdakı redaksiyada verilsin:

1. "İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.

2. Vergi inzibatçılığının tədrisi şöbəsi.

3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.

4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.

5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.

6. Tədris və metodika şöbəsi.

7. Layihələrlə iş və inkişaf bölməsi.

8. Keyfiyyət təminatı bölməsi.

İndiyədək isə struktur belə idi:

1.İqtisadiyyat və menecment kafedrası

2.Vergi metodologiyası kafedrası

3.Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedrası

4.Elmi tədqiqat bölməsi

5.Tədris və metodika şöbəsi

6.Maliyyə və təsərrüfat şöbəsi

7.Mühasibat

Xəbər lenti