Xəzər Xəbər

Elmar Məmmədyarov BƏƏ-dən olan həmkarı ilə görüşdü

Gündəm | 10:40 • 24 Sentyabr 2019
Elmar Məmmədyarov BƏƏ-dən olan həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulanıb.

Ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Xəbər lenti