Xəzər Xəbər

Gələn həftə Milli Məclisin payız sessiyası başlayır

Gündəm | 12:04 • 23 Sentyabr 2019
Gələn həftə Milli Məclisin payız sessiyası başlayır

Gələn həftə - sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

"Report” xəbər verir ki, sessiya dövründə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə baxılacaq, o cümlədən 2020-ci ilin büdcə zərfi müzakirə olunacaq.

Payız sessiyası dekabrın 30-dək davam edəcək.

Xatırladaq ki, parlamentin komitələri sentyabrın 11-dən fəaliyyətə başlayıb.

Xəbər lenti