Xəzər Xəbər

OPEK-in təcili toplantı keçirməsi istisna olunur – Pərviz Şahbazov

Gündəm | 13:32 • 19 Sentyabr 2019
OPEK-in təcili toplantı keçirməsi istisna olunur

Bu il ölkəmizdə 38,7 milyon ton neft hasilatı gözləyirik.

Bunu energetika naziri Pərviz Şahbazov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan neftinin hasilatında gələn il kiçik həcmdə artım qeydə alınacaq.

"2020-ci ildə isə hasilat yenə əvvəlki səviyyədə olacaq”, – deyə nazir bildirib.

Səudiyyə Ərəbistanının neft sənayesi müəssisələrinə hücumdan sonra Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEK-in təcili toplantısının keçirilib-keçirilməyəcəyinə dair sualı cavablandıran nazir bu iclasın keçirilməsinin istisna olunduğunu bildirib:

"Dünən OPEK-in baş katibi Məhəmməd Barkindo ilə telefon söhbətimiz oldu. Yaranmış böhranı ətraflı müzakirə etdik. İlk günlər belə bir görüşün keçirilməsinə dair düşüncə olub. Ancaq bu gün neftin dünya bazarında qiyməti sabitdir. Böhran yaşanmır. Əgər Səudiyyə Ərəbistanının nəzərdə tutduğu addımlar atılsa, heç bir təcili toplantıya ehtiyac qalmayacaq”./publika.az

Xəbər lenti