Xəzər Xəbər

Deputatdan onkoloji xəstələrlə bağlı təklif Apteklərdə bu dərmanların satışına icazə verilsin

Gündəm | 16:55 • 18 Sentyabr 2019
Deputatdan onkoloji xəstələrlə bağlı təklif

Onkoloji xəstələrin müalicəsi ilə bağlı maliyyə problemləri var.

XəzərXəbər-in xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı Maliyyə Nazirliyinə təkliflər vermək lazımdır.

M.Quliyev deyib ki, ötən il Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün büdcədən 30 milyon manat ayrılıb.

Bununla belə, komitə üzvü əlavə edib ki, Azərbaycanda ildən-ilə onkoloji xəstələrin sayı artır.

"Buna görə də, ayrılan vəsaitin məbləği artırılmalıdır”, - deyə M.Quliyev bildirib.

Deputat onuda təklif edib ki, onkoloji xəstələrin müalicəsi üçün apteklərdə bəzi dərmanların satışına icazə verilməlidir.

Xəbər lenti