Xəzər Xəbər

Ödənişli oxuyan tələbələrin diqqətinə Nazirlik hökumətə təkliflər göndərdi

Gündəm | 16:43 • 17 Sentyabr 2019
Ödənişli oxuyan tələbələrin diqqətinə

Təhsil haqlarının ödənilməsi ilə bağlı ayrıca qanun layihəsinin qəbulunu məqsədəuyğun hesab edirik. Bununla bağlı hazırda "Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması gündəmdə olan əsas vacib məsələlərdəndir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin böyük hissəsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub.

"Təhsil haqlarının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri sayırıq. Bu istiqamətdə iş aparırıq. "Ali təhsil haqqında "qanun layihəsini bitirdikdən sonra "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. Artıq Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən söhbətlər aparırıq. Təhsil Nazirliyi bu istiqamətdə öz təkliflərini də hazırlayıb Maliyyə Nazirliyinə təqdim edib”.

Xəbər lenti