Xəzər Xəbər

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası keçirildi

Gündəm | 17:23 • 16 Sentyabr 2019
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası keçirildi

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb.

Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar.

Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq iclasın protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib./report/


Xəbər lenti