Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xezerxeber.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə "Heydər Əliyev” ordeni ilə təltif edilib.