Xəzər Xəbər

Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır

Gündəm | 09:52 • 26 Avqust 2019
Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır

Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində avqustun 25-də keçirilmiş qondarma "prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.


XİN-dən xezerxeber.az-a verilən məlumata görə, bəyanatda deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və avqustun 25-də Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır”.


Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Xəbər lenti