Xəzər Xəbər

DİM imtahanların nəticələrini açıqladı

Gündəm | 17:05 • 20 Avqust 2019
DİM imtahanların nəticələrini açıqladı
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

XəzərXəbər xəbər verir ki, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu (sonuna "9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.


Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) saytında da yerləşdiriləcək.

Xəbər lenti