Xəzər Xəbər

Bakıda nişanlanma xətləri belə olacaq YENİLİK

Gündəm | 17:53 • 7 Avqust 2019
Bakıda nişanlanma xətləri belə olacaq

Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eyni səviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, məqsəd, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İki komponentli boyaların bir çox üstünlükləri var. Belə ki, yüksək işıqqaytarıcılıq keyfiyyətinə məxsusdur və işıqqaytarıcılığın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilib. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

Bundan başqa, uzunmüddətli qalıcılıq xüsusiyyəti var ki, iki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb.

Xəbər lenti