Xəzər Xəbər

Azərbaycanlı fermerlərə yeni plastik kartlar paylanılacaq

Gündəm | 17:34 • 6 Avqust 2019
Azərbaycanlı fermerlərə yeni plastik kartlar paylanılacaq

"Bu ilin sonunda azərbaycanlı fermerlənə dövlətdən subsidiya almaq üçün yeni plastik kartlarının paylanılmasına başlanılacaq".

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, təsərrüfat sahiblərinə yeni kartlar bu il üçün nəzərdə tutulmuş subsidiyalar ödənildikdən sonra paylanılacaq: "İlkin mərhələdə 300 mindən bir qədər artıq sahibkara subsidiya kartlarının paylanmasına başlanılacaq. Prosesə noyabr-dekabr aylarında start verməyi və yanvar ayının sonuna qədər isə yekunlaşdırmağı planlaşdırırıq. Yeni kartlar dizaynı və funksionallığı ilə indikilərdən fərqlənəcək. Onlar ölkəmizdəki prosessinq mərkəzində hazırlanacaq”.

Qeyd edək ki, fermerlərə subsidiya "Kapital Bank” ASC vasitəsilə ödənilir. Subsidiyanın illik məbləği, təxminən, 250 milyon manatdır. 

Xəbər lenti