Xəzər Xəbər

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gündəm | 11:45 • 2 Avqust 2019
Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Gələn həftədən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək:

"Bunlardan 23-ü tam yeni ixtisaslardır. Onlardan 14-ü peşə təsnifatına yeni daxil edilib. 9-u isə təsnifatda olub indiyə kimi tədris olunmayan ixtisaslar idi. Ümumilikdə isə yeni tədris ilində tədris proqramları və kurikulum əsasında dərslər keçiriləcək. Əsas sənaye və innovasiyalar sahələri üzrə kadr hazırlığı nəzərdə tutulur”.

Amil Əlili qeyd edib ki, bu il də sənəd qəbulu "ASAN xidmət”lə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək:

"ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi də nəzərdə tutulur”.

Qeyd edilib ki, sənəd qəbulu prosesinə mərkəzin 120 könüllüsü cəlb olunacaq.

Xəbər lenti