Xəzər Xəbər

Hesablama Palatasının hüquqlarından biri ləğv edildi

Gündəm | 18:03 • 31 İyul 2019
Hesablama Palatasının hüquqlarından biri ləğv edildi

Azərbaycan Hesablama Palatasının hüquqlarından biri ləğv edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Hesablama Palatası haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda göstərilib.

Prezidentin qərarı ilə "Hesablama Palatası haqqında” Qanununun 8.0.13-cü maddəsi ləğv edilir.

Bu isə Hesablama Palatasının qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək hüququnun ləğv edilməsi deməkdir.

Xəbər lenti