Xəzər Xəbər

İran dövləti Azərbaycana təşəkkür etdi

Gündəm | 10:06 • 30 İyul 2019
İran dövləti Azərbaycana təşəkkür etdi

İran İslam Respublikasının Səfirliyi İran İslam Respublikası Dövləti adından Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış "Şəbahəng" adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə minnətdarlıq edib.

Səfirlikdən daxil olan məlumatda bildirilir ki, bu humanitar addım, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır: "Eyni halda Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir. İran İslam Respublikasının Səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin genişlənməsini arzulayır".

Xəbər lenti