Xəzər Xəbər

Ermənistan ordusu DSX-nin tibbi avtomobilini atəşə tutub

Gündəm | 15:21 • 29 İyul 2019
Ermənistan ordusu DSX-nin tibbi avtomobilini atəşə tutub

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

İyulun 28-i saat 22:00 radələrində döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən tərə­findən növbəti dəfə atə­şə tutul­ub.

Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində "Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ mar­kalı avtomobilə dəyib.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Xəbər lenti