Xəzər Xəbər

Kosmik hava durumu və proqnoz açıqlanıb

Gündəm | 14:53 • 25 İyul 2019
Kosmik hava durumu və proqnoz açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan xezerxeber.az-a bildiriblər ki, iyulun 25-dən 27-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin nominal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir. Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi proqnozlaşdırılır. Maqnit qasırğasının yaranma ehtimalı 1 faizdən aşağıdır.

Xəbər lenti