Xəzər Xəbər

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb

Gündəm | 10:26 • 25 İyul 2019
Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Xezerxeber.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Xəbər lenti