Xəzər Xəbər

Vüsal Hüseynov: "Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib"

Gündəm | 12:24 • 18 İyul 2019
Vüsal Hüseynov: "Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib"

"Bəzən insanlarda elə bir fikir yaradırlar ki, çox asanlıqla hansısa xarici ölkəyə gedib orada yaşamaq mümkün olur. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən olur".


Bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq yekunlarına həsr olunan mətbuat konfransında Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.


Onun sözlərinə görə, xarici ölkələrdə sığınacaq almaq çox mürəkkəb bir prosesdir. İnsanlar bu proseslər barədə kifayət qədər məlumatlı olmurlar: "Avropa İttifaqı ilə readmisiyya haqqında saziş 2014-cü ilin sentyabr ayından imzalanıb. Həmin dövrdən indiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib. Yəni bu şəxslər xarici ölkəyə gedib müraciət ediblər və nəticə əldə etməyiblər. Artıq o şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq iş görür. Bu məsələlərdə çalışırıq ki, məlumatlı olaq və köməklik göstərək". (APA)

Xəbər lenti