Xəzər Xəbər

XİN: Polşa Milli Olimpiya Komitəsinin vitse-prezidentinin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Gündəm | 11:22 • 16 İyul 2019
XİN: Polşa Milli Olimpiya Komitəsinin vitse-prezidentinin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Polşa vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Tomaş Paremba Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.


Bu barədə xezerxeber.az-a XİN-dən məlumat verilib.


"Məktubunda Tomaş Paremba Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - məlumatda qeyd olunub.

Xəbər lenti