Xəzər Xəbər

“Keçikçi qala”da Gürcüstan vətəndaşları Azər­bay­can sər­həd naryadına qarşı insident törədib

Gündəm | 16:08 • 15 İyul 2019
“Keçikçi qala”da Gürcüstan vətəndaşları Azər­bay­can sər­həd naryadına qarşı insident törədib

14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.


DSX-dən xezerxeber.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.


Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib.

Xəbər lenti