Xəzər Xəbər

İyulun 17-də bu ilin ikinci Ay tutulması baş verəcək

Gündəm | 18:07 • 13 İyul 2019
İyulun 17-də bu ilin ikinci Ay tutulması baş verəcək

İyulun 17-də bu ilin ikinci Ay tutulması (qismən) baş verəcək.


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq və saat 02:59-da başa çatacaq.


Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. Proses Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək.


Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.

Xəbər lenti