Xəzər Xəbər

İstirahət günlərinin hava proqnozu açıqlanıb

Gündəm | 17:44 • 12 İyul 2019
İstirahət günlərinin hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.


Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.


Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.


"Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək”, - Nazirliyin məlumatında bildirilib.

Xəbər lenti