Xəzər Xəbər

İpoteka üçün dövlət qulluğunda staj barədə arayış almaq asanlaşdı

Gündəm | 13:42 • 25 İyun 2019
İpoteka üçün dövlət qulluğunda

Dövlət İmtahan Mərkəzində qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür

İpoteka üçün dövlət qulluğunda staj barədə arayış almaq qaydası açıqlanıb.

Dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyi ilə yanaşı,Azərbacan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna da təqdim edilməsi məqsədilə dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi üçün Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi səhifəsində şəxsi kabinet yaratmalı və "Elektron xidmətlər" bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.

XəzərXəbər DİM-in məlumatına istinadla xəbər verir ki, dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini skan edərək sistemə yükləməli və "Müraciəti qeydə al" düyməsini sıxmalıdır. Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Xəbər lenti