Xəzər Xəbər

Zakir Qaralov Lənkərana yeni hərbi prokuror təyin etdi

Gündəm | 17:46 • 21 İyun 2019
Zakir Qaralov Lənkərana yeni hərbi prokuror təyin etdi

Lənkərana yeni hərbi prokuror təyin edilib.

Bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Baş prokurorun əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Xatırladaq ki, İ.Əhmədov bundan əvvəl Bakı hərbi prokuroru vəzifəsində çalışıb.(Trend)

Xəbər lenti