Xəzər Xəbər

Ağ Evdə Qarabağ danışıqları: Məmmədyarov Boltonla nələri danışdı?

Gündəm | 11:08 • 20 İyun 2019
Ağ Evdə Qarabağ danışıqları: Məmmədyarov Boltonla nələri danışdı?

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb.

XİN-dən XəzərXəbər-ə bildiriblər ki, görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Tərəflər ABŞ ilə Azərbaycan arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələləri, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüsləri, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələri, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları müzakirə ediblər.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud vəziyyət, eləcə də qlobal gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti