Xəzər Xəbər

Azərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələyə gəliblər - FOTO

Gündəm | 19:00 • 11 İyun 2019
Azərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələyə gəliblər -

İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəliblər.


Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.


Qeyd edək ki, iyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.


Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti