Xəzər Xəbər

Maliyyə Nazirliyinin vəzifəli şəxsi işdən ayrıldı

Gündəm | 13:45 • 11 İyun 2019
Maliyyə Nazirliyinin vəzifəli şəxsi işdən ayrıldı

Azərbaycan Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanovtəqaüdə çıxması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, boş qalmış posta hələlik yeni təyinat yoxdur.

N.Süleymanov 28 aprel 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Əmək fəaliyyətinə 1973-cü ildə başlayıb.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatında Kadrlar idarəsinin rəisi vəzifəsində işləyib. 2006-cı ilin fevral ayında Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Xəbər lenti