Xəzər Xəbər

Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb - SƏRƏNCAM

Gündəm | 18:14 • 10 İyun 2019
Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb -

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb.


Xezerxeber.az-ın xəbərinə görə, sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Təhsil Nazirliyinə ayrılıb.


Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti

Çox oxunanlar