Xəzər Xəbər

Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Gündəm | 15:51 • 7 İyun 2019
Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti iyunun 9-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.


Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.


Qeyd edək ki, Azərbaycan MSK təmsilçiləri, həmçinin ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsinə qatılıblar.


MSK nümayəndələri səsvermə günü paytaxt Nur-Sultanda və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

Xəbər lenti