Xəzər Xəbər

Qurban Yetirmişli: “İki gün ərzində ölkə ərazisində 27 zəif zəlzələ olub”

Gündəm | 11:41 • 7 İyun 2019
Qurban Yetirmişli: “İki gün ərzində ölkə ərazisində 27 zəif zəlzələ olub”

"Son iki gündə respublika ərazisində baş verən kiçik maqnitudalı zəlzələlərin sayı artıb".


Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.


Onun sözlərinə görə, son iki gündə ölkə üzrə 27 zəif zəlzələ olub, onların arasında hiss olunan zəlzələ azdır. Misal üçün, Zaqatala zəlzələsini bir-iki adam hiss edib, dünən Xəzərdə baş verən zəlzələ də hiss olunmayıb. Burda qorxulu bir şey yoxdur, yerdaxili proseslərdir".

Xəbər lenti

Çox oxunanlar