Xəzər Xəbər

Şeyx: İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür

Gündəm | 15:50 • 5 İyun 2019
Şeyx: İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür

Prezident İlham Əliyevin, bütün dinlərin nümayəndələrinin və xarici dövlətlərin diplomatlarınıniftar məclislərində iştirak etməsi dünyaya Azərbaycanda olan tolerantlığıgöstərib.

XəzərXəbər-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib.

QMİ sədri qeyd edib ki, İftar süfrəsi Allahın mərhəmətinin bir növüdür:

"İftar süfrəsi əslində ehtiyacı olanlar üçündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iftar süfrələrində iştirak etməsi və iftar verilməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu, davam edir və bunu inkişaf etdirir. Ona görə dövlətə dindarlar adından təşəkkürümüzü bildiririk”.

Xəbər lenti