Xəzər Xəbər

Naxçıvan məscidlərində bayram namazı qılınıb

Gündəm | 12:10 • 5 İyun 2019
Naxçıvan məscidlərində bayram namazı qılınıb

İyunun 5-də səhər saat 9:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının bayram namazı qılınıb.

XəzərXəbər xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin "Sarvanlar”, "Kazım Qarabəkir”, "Pirqəmiş”, "Came” məscidlərində də qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Xəbər lenti