Xəzər Xəbər

İnterpol qətldə təqsirləndirilən azərbaycanlını axtarır

Gündəm | 10:58 • 5 İyun 2019
İnterpol qətldə təqsirləndirilən azərbaycanlını axtarır

İnterpol daha bir azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.

Trend-in məlumatına görə, 1979-cu ildə Şirvan şəhərində anadan olan Elnur Abbasov qəsdən adam öldürməkdə ittiham olunub.

Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.

Məhkəmə istintaq orqanının təqdimatı ilə E.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib.

İnterpol məhkəmə qərarına əsasən E. Abbasovu beynəlxalq axtarışa verib

Xəbər lenti