Xəzər Xəbər

Bakı metrosunun istifadəçilərinə ŞAD XƏBƏR

Gündəm | 17:44 • 4 İyun 2019
Bakı metrosunun istifadəçilərinə

Bu il metro stansiyalarında havalandırmanın yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda metronun "Memar Əcəmi” və " Qara Qarayev” stansiyalarında hər birində bir ədəd 75 kVt-luq ventilyatorlar quraşdırılıb:

"Hazırda xüsusi sifariş əsasında Rusiyanın "Ventprom” maşınqayırma zavodunun məhsulu olan 7 ventilyator Bakıya gətirilib. Ventilyatorların idarəetmə sistemləri Almaniyanın "Siemnes” və "Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Bu il stansiyalarda 7 ventilyator dəyişdiriləcək, gələn il üçün isə daha 10 ədəd ventilyatorun alınması nəzərdə tutulur”.

N.Abdullayev bildirib ki, yaxın vaxtlarda "Nizami", "Nərimanov" və "Ulduz" stansiyalarında da ventilyatorlar quraşdırılacaq:

"Ventilyatorlardan 4-ü 75 kVt-luq , 3-ü isə 55 kVt-luqdur. 2 ədəd 55kVt-luq ventilyator "Nərimanov” və "Ulduz” stansiyalarının arasındakı tuneldə, biri isə "Nizami” stansiyasında quraşdırılacaq”.





Xəbər lenti