Xəzər Xəbər

Azad Rəhimov: "Ölkəmizin bütün yeniyetmələri gələcəkdə..."

Gündəm | 13:15 • 1 İyun 2019
Azad Rəhimov: "Ölkəmizin bütün yeniyetmələri gələcəkdə..."

"Əlli gün sonra Azərbaycanda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq. Onların əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər”.

Bunu bunu Gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə iştirak edən nazir bildirib ki, mərasimdə uşaqların iştirakı çox vacib amildir: "Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

Xəbər lenti