Xəzər Xəbər

18 yaşlı qız BDU-dan məzun oldu Məktəbə dörd yaşında başlayıb

Gündəm | 11:16 • 30 May 2019
18 yaşlı qız BDU-dan məzun oldu

Dörd yaşında birinci sinifə gedən və 14 yaşında BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olan Turana Tağıyeva 18 yaşında magistr adını qazanmağa çox yaxındır.


XəzərXəbər Oxu.az-a istinadən xəbər verir ki, T.Tağıyeva 2000-ci ilin avqustunda anadan olub.


Dünən nəticələr açıqlanandan sonra Turanənin 114 bal topladığı müəyyənləşib.


Həmçinin, T.Tağıyeva BDU-nu fərqlənmə diplomu ilə bitirəcək.

Xəbər lenti