Xəzər Xəbər

Avropa Liqasının finalı avtovağzalın da işinə təsir etdi

Gündəm | 14:48 • 29 May 2019
Avropa Liqasının finalı avtovağzalın da işinə təsir etdi

Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtı gecə saat 03:00-a qədər uzadılıb

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

Avtovağzalın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, final oyununun gecə saat 01:00-da bitməsini nəzərə alaraq, BBAK Gürcüstan, İran və Qırmızı Körpü istiqamətinə olan reyslərin vaxtını gecə saat 03:00-a qədər uzadıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi oyunu izləmək üçün paytaxta üz tutan sərnişinlərin oyundan sonra qeyd edilən istiqamətlərə axınının çox olmasını nəzərə alaraq xəttə əlavə ehtiyat avtobusları cəlb edib.

Xəbər lenti