Xəzər Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Gündəm | 11:28 • 28 May 2019
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib.

XəzərXəbər xəbər verir ki, birinci vitse-prezident təbrikini sosial şəbəkədə paylaşıb.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər, Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.

Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm”.

Xəbər lenti