Xəzər Xəbər

Prezidentdən Arif Məlikovla bağlı VACİB SƏRƏNCAM

Gündəm | 15:20 • 17 May 2019
Prezidentdən Arif Məlikovla bağlı

Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalyıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Bakı şəhər İcra Hakimiyyəti:

1.1. Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin;

1.2. Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

2.1. Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti