Xəzər Xəbər

Bakı Qarnizonunda müşavirə keçirilib - FOTO

Gündəm | 17:12 • 21 Aprel 2019
Bakı Qarnizonunda müşavirə keçirilib -

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 1-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.


Müşavirədə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 3 ayı ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.

Xəbər lenti