Xəzər Xəbər

İki Nigeriya vətəndaşı azadlıqda - Əfv sərəncamı

Gündəm | 13:10 • 17 Mart 2019
İki Nigeriya vətəndaşı azadlıqda - Əfv sərəncamı

Pentensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamınpn icrası davam etdirilib.

Teleqraf xəbər verir ki, bu müəsissədə 10 məhkum əfv olunaraq azadlığa buraxılıb. Onların arasında iki əcnəbi məhkum da var. Həmin məhkumlardan biri, Nigeriya vətəndaşı Obu Onyedika Moses deyib ki, saxta pul yaymaqla məhkum olunub və 6 il müddətinə azadlıqdan məhrum edilib.

O qeyd edib ki, cəzasının 4 ilini həbsxanada keçirib və bu gün əfv sərəncamı ilə azadlığa buraxılıb.

Digər əcnəbi vətəndaşı da əfv sərəncamından sevindiyini deyib. Bu müəssisədə əfv olunanlardan biri, Nida üzvü Elgiz Qəhrəmanlı da əfv sərəncamı ilə azadlığa çıxıb.

Xəbər lenti