Xəzər Xəbər

Türkiyə prezidentinin köməkçisi: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir

Gündəm | 16:33 • 19 Fevral 2019
Türkiyə prezidentinin köməkçisi: Ankara ilə Bakı arasındakı münasibətlər sürətlə inkişaf edir

Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.

Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:

"Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”.

Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.

Xəbər lenti