Xəzər Xəbər

Təhsil Nazirliyinin siyahısında olan 56 uşaq övladlığa verilib

Gündəm | 11:06 • 19 Yanvar 2019
Təhsil Nazirliyinin siyahısında olan 56 uşaq övladlığa verilib
2013-cü ildən bu günə kimi Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 5-16 yaş arası 56 uşaq övladlığa verilib.

Təhsil Nazirliyindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa verilən uşaqlardan 32-si qız, 24-ü oğlandır.


"2013-cü ildən bu günədək övladlığa verilmiş 9-16 yaş arası 9 uşağın (5-i oğlan, 4-ü qız) övladlığı ləğv edilərək dövlətin himayəsinə qaytarılıb. Səbəblər arasında əsasən valideynlik bacarığının, uşağa yeni həyat tərzinin uyğunlaşdırılması üçün şəraitin yaradılması üzrə təcrübənin olmaması, uşağın yaş psixologiyasının nəzərə alınmamasını, təmkinsizlik, laqeyd münasibəti qeyd etmək olar".

Məlumatda, həmçinin qeyd edilib ki, 2013-cü ildən bu günədək şəhər (rayon) icra hakimiyyətlərinin qəyyumluq və himayə komissiyaları tərəfindən ilkin uçota alındıqdan sonra 154 nəfər uşaq övladlığa götürməyi arzu edən vətəndaş Təhsil Nazirliyinin siyahısına alınıb. Uşaqlar yad ailələrə övladlığa verilib.

Xəbər lenti