Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri arasında imzalanmış Birgə Bəyanat təsdiq edilib.
XəzərXəbər-in məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə qanunu imzalayıb.