Xəzər Xəbər

Sabah mənzillərin istiliklə təchizatı necə olacaq?

Gündəm | 18:25 • 16 Yanvar 2019
Sabah mənzillərin istiliklə təchizatı necə olacaq?

"Azəristiliktəchizat" ASC payız-qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlərdə ən sərt qış rejimində də qazanxanalarımızın hazırlığı nəzərdə tutulub. Bununla yanaşı rəhbərliyin əmrinə əsasən, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti ilə əlaqədar tədbirlər gücləndirilib.

Bu barədə "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

R.Əliyev bildirib ki, istilik sisteminin tam təchiz edilməsi üçün mərkəzi dispetçer xidməti, qəza xidməti və digər sahələr gücləndirilmiş iş rejimində çalışacaq. Şöbələrin rəhbərləri növbəlilik əsasında fəaliyyət göstərəcək.Mərkəzi dispetçer xidməti "956” 24 saat ərzində fəaliyyət göstərəcək”.

R.Əliyev bildirib ki, qazanxanaların normal fəaliyyəti həm də digər xidmətlərlə bağlıdır:

"Hazırda heç bir qazanxananın fəaliyyətində problem yoxdur. Lakin bununla yanaşı qazanxanaların normal işləməsi üçün onların işıq, su və təbii qazla təminatının olması mütləqdir. Qeyd etdiyim xidmətlərdə problem olmazsa, əhalinin istilik təchizatı yüksək səviyyədə təmin ediləcək”.

Xəbər lenti