Xəzər Xəbər

Səhiyyə nazirindən hava şəraiti ilə bağlı TAPŞIRIQ: Hazır vəziyyətə gətirildi

Gündəm | 16:07 • 16 Yanvar 2019
Səhiyyə nazirindən hava şəraiti ilə bağlı TAPŞIRIQ:

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Rəsmi məlumata görə, havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlama ehtimalı var.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək, onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Xəbər lenti